İngiltərənin paytaxtı Londondan İspaniyanın Tenerife şəhərinə gedən təyyarədə üç qadın sərnişin arasında mübahisə baş verib.

Open.az "Sun"a istinadən xəbər verir ki, rəqqasə olduqları güman edilən üç qadının içkili olduğu ortaya çıxıb.

Mübahisəyə başlayan qadınlar əvvəl bir-birilərinin ünvanına söyüş söyüblər. Onlar daha sonra saçyolduya çıxıblar.

Qadınlara təyyarə bələdçiləri müdaxilə edib. Hadisəni sərnişinlərdən biri kamera ilə qeydə alıb.

Qadınlar təyyarədən enəndən sonra hava limanında polis tərəfindən saxlanılıb.