Bakıda qadını şantaj edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Open.az-a verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində bir qadını şəkillərini internetdə yayacağı ilə hədələyib 70 min dollar pul tələb edən Bakı şəhər sakini Osman İsgəndərov saxlanılıb.