Azərbaycan qadınlarını Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs saxlanılıb.

Open.az xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən verilən məlumata görə, baş idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Məmmədova Güllər Kamal qızının Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən olunub.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.