Nigeriyanın şimal-şərqində yerləşən Sokoto və Zamfara əyalətlərində silahlı hücum baş verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qani bölgəsinin rəhbəri Alhaji Maccido məlumat verib.

Hücum zamanı 30 nəfər həlak olub. Təcavüzkarların motosikletlə gələrək xalqa atəş açdığı bildirilib.

Hadisə zamanı xeyli sayda insan qaçırılıb, bəziləri evlərini tərk etmək məcburiyyətində qalıb.