Nigeriyada daşqınlar 22 nəfərin ölümünə səbəb olub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində minlərlə insan evlərini tərk edib, 50 minə yaxın sakinə zərər dəyib.

Təbii hadisədən ən çox ölkənin cənubunda Maradi və Diffa rayonları zərər çəkib.

Xeyriyyə təşkilatları əhaliyə yardım göstərib, zərərçəkmişləri ərzaqla, geyimlə və ağcaqanad əleyhinə torlarla təmin ediblər.