Cənubi Koreyanın Pusan şəhərində yerləşən Kamçxon limanında balıqçı gəmisində partlayış baş verib.

Open.az “RİA Novosti”yə istinadən xəbər verir ki, iki partlayış zamanı 12 nəfər xəsarət alıb.

9 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Partlayışın səbəbləri araşdırılır.