Kanadanın şərqindəki Frederikton şəhərində əhalinin sıx olduğu Brookside Drive bölgəsində silahlı hücum baş verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, əsas yolda meydana gələn hadisədə ən az 4 nəfər ölüb.

Bu barədə şəhər polisinin "Twitter" hesabında məlumat yayılıb.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.