ABŞ-ın Kaliforniya ştatında yerləşən tibb mərkəzlərinin birində partlayış baş verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən və yaralananların sayının artacağı istisna deyil.

Hadisə yerinə xilasedicilər sövq edilib. Partlayışın səbəbi araşdırılır.

Təhlükəsizlik məqsədilə tibb mərkəzinin yaxınlıqdakı evlərdən və məktəblərdən insanlar təxliyyə edilib.

NBC12 - WWBT - Richmond, VA News On Your Side