Türkiyənin İstanbul şəhərinin Kağıtahane rayonunda yerləşən zavodların birində güclü yanğın baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər sövq edilib.

Yanan zavoddan qalxan tüstülər bir çox rayondan görünüb. İçərdə heç kim olmadığı və partlayış səslərinin eşidildiyi bildirilib.

Yanğının baş vermə səbəbi naməlumdur.