Xüsusi bir turla Qüdsə gedən Türkiyə vətəndaşı Ebru Özkan adlı xanım İsrailin Ben-Gurion hava limanında təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, qrupdakı digər yoldaşlarının etirazlarına baxmayaraq, Özkanın geri dönüşünə icazə verilməyib.

Tel-Əvivdə yerləşən Türkiyə səfirliyi rəsmi şəxslərlə əlaqə saxlayıb. Onun təhlükəsizlik səbəbilə saxlanıldığı açıqlanıb. Ancaq Özkanın nə vaxt qayıdacağına dair məlumat verilməyib.

Qızın bacısı Elif Özkan "Twitter" hesabında Ebrunun hərbi məhkəməyə çıxarılacağını bildirib.