Sosial şəbəkələrdə paytaxtın Nərimanov, Nəsimi, Nizami rayonlarında elektrik enerjisinin verilişi dayanması ilə bağlı məlumatlar yayılıb. Şəbəkə istifadəçiləri metro və işıqforların işləmədiyini bildirib.

Məsələ ilə bağlı Open.az-a açıqlama verən “Bakı Metropoliten”in mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun Bənövşəyi xətt "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarına giriş saat 16:10-da bağlanıb, amma 16:30-da gərginlik verildiyi üçün hərəkət bərpa olunub:

“İşıqların sönməsi ilə əlaqədar qatarların sürəti azalmışdı. Yüksək gərginlik verib, hərəkəti bərpa etdik".

***

Ağsu rayonunun Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.

Open.az "Report"a istinadən xəbər verir ki, bunu "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Şəfiqə