Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükləri yoxlanılıb.

Open.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, yoxlama zamanı iki bükümdə xalis çəkisi 1,699 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.