Yaxın Şərqdə 80 nüvə başlığı var, ancaq bunların Tehranla əlaqəsi yoxdur.

Open.az Mehr agentliyinə istinadla xəbər verir ki, bu sözləri Iran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. Onun sözlərinə görə, bu başlıqlar Yaxın Şərqdə müharibəni qızışdıranlara məxsusdur: ''Onlar İranı nüvə proqramının olmasında ittiham edirlər. Ancaq özləri Yaxın Şərqə nüvə başlıqları yerləşdiriblər''. Zərif Tvitter hesabında ən çox nüvə başlıqlarına malik olan ölkələrin siyahısını yerləşdirib. Siyahı 2018-ci ilin yanvarında dünyanın problemlərinin araşdırılması ilə məşöul olan Stokholm institutu tərəfindən hazırlanıb.