Hindistanın şimalında yerləşən Varanasi şəhərindəki yerüstü keçidlərdən biri çöküb.

Open.az "İndependent"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər ölüb, 5 nəfər yaralanıb.

Rəsmilər yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib. Hadisə yerinə xilasedicilər sövq edilib.

Baş nazir Narendra Modi “Twitter” hesabında verdiyi açıqlamada, qəzayla bağlı üzüntüsünü dilə gətirib və yaralılara şəfa diləyib.