Hindistanda şiddətli yağış nəticəsində baş verən sürüşmədə ən az 27 nəfər həyatını itirib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hindistanın Kerala ştatında baş verib.

Hava Proqnozları Bürosundan verilən açıqlamada, bölgədə 24 saat ərzində yağışların artacağı və şiddətli olacağı qeyd olunub.

İdukki Su Anbarında suyun səviyyəsinin sürətlə artdığı və iki səddin daha da açıldığı bildirilib.