Hindistanın Qərbi Benqal ştatında ildırım vurması nəticəsində 10 nəfər həlak olub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Şinhua agentliyi məlumat yayıb. Çox sayda insanın yaralandığı bildirilib.

Bir müddətdir Hindistanda yağan şiddətli yağışlar Kolkata şəhərində qatar reyslərinin təxirə salınmasına səbəb olub.

Meteorologiya rəsmiləri, şiddətli yağışların daha bir neçə gün davam edəcəyini bildirib.

Qeyd edək ki, Hindistanda ötən ay ildırım vurması nəticəsində ən azı 250 nəfər həyatını itirib, 400-dən çox adam yaralanıb.