Goranboyda yol qəzası baş verib.

Open.az xəbər verir ki, hadisə Faxralı kəndində baş verib.

“Mercedes” markalı avtomobil hərəkətdə olarkən təkərinin partlaması nəyicəsində yolun kənarına aşıb.

Qəza nəticəsində xəsarət alan Musayeva Gülhər xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.