Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 60 m2 sahədə məişət tullantıları yanıb.

Open.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı binadan 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər və zirzəminin qalan hissəsi yanğından mühafizə edilib.