Fransada hökumət əleyhinə etirazlar başlayıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, nümayişlərdə miqrantlara dəstək məqsədi ilə toplaşan etirazçılara polis müdaxilə edib və qarşıdurma baş verib.

Baş verən qalmaqalda polis 51 nümayişçini saxlayıb. Onlardan bəziləri sərbəst buraxılıb, 17 nəfər isə nəzarətdə saxlanılıb.

Təxminən 2 min insanın qatıldığı aksiyalardan sonra hadisə yerindən uzaqlaşan etirazçılar ətrafdakı bank şöbələrinə, əmlak ofislərinə, sığorta şirkətlərinə və bəzi mağazalara hücum edib.