Fransada bir müddətdir təsirli olan hədsiz istilərdən sonra külək və intensiv yağış başlayıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 22 bölgədə fırtına və sel səbəindən 1600 nəfər təxliyyə edilib.

Ərazidə istirahət edən bir alman turist itkin düşüb. Fırtınaya görə Dordogne və Lot-et-Garonne bölgələri başda olmaqla 20 minə yaxın bölgəyə enerji verilişi dayandırılıb.

Hadisə yerinə 300 yanğınsöndürən və 4 vertolyot sövq edilib.