Fransa prezidenti Emmanuel Makron Fransadakı müsəlman təşkilatlarının ənənəvi olaraq təşkil etdiyi iftara qatılmayıb və boykot edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa İslam Şurasının rəsmisi Abdullah Zekri Makronun gəlməməsini və baş nazirin çıxış etməməsini təəccüblə qarşıladıqlarını bildirib.

Qeyd edək ki, Fransa İslam Şurası iftara həm prezident Makronu, həm də baş nazir Eduard Filipi dəvət edib. Makron iftara qatılmayıb. Baş nazir iftarın sonunda gəlsə də, nəzərdə tutulan çıxışı etməyib.

Makron və Filippin boykotu reaksiyalara səbəb olub.