Filippinin Basilan əyalətinə bağlı İsabela şəhərindəki dağlıq ərazidə Yeni Xalq Ordusu (NPA) üzvü kommunist üsyançılar ilə ordu arasında qarşıdurma baş verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, qarşıdurmada 2 əsgər ölüb, 3-ü yaralanıb.

Qeyd edək ki, Filippin kommunist partizanlarının silahlı aksiyaları 1969-cu ildən bu yana davam edir. 2016-cı ildə Rodriqo Dutertenin dövlət rəhbərliyinə seçilməsi ilə tərəflər sülh üçün danışıqlar masasına oturub.

Ötən il noyabr ayında aparılan danışıqlar, NPA-nın şiddət hadisələrinə təkan verməsinə görə dayandırılıb.