Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı çimərliyi istiqamətində (nəzarətsiz ərazidə) 2 nəfərin dənizdə qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Open.az FHN-nin saytına istinadənxəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən 2 nəfərə müvafiq köməklik göstərilib. Əməliyyat başa çatıb.