Rusiyanın Krasnoyarsk şəhərində ata 4 yaşlı ögey qızına işgəncə verib.

Open.az “life.ru”ya istinadən xəbər verir ki, bu barədə Tədqiqat Komitəsi məlumat verib.

O, uşağını kəmərlə döyüb və elektrik naqili ilə işgəncə verib.

Həmin şəxs həbs olunub. Məsələ ilə bağlı cinayət işi açılıb.

Daha sonra zərərşəkmiş və onun 6 yaşlı bacısı ailədən alınıb.