Əfqanıstanın şərqində Nanqarxar əyalətinin mərkəzi bazarında partlayış baş verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.

Hadisə səhər Cəlilabad şəhərində baş verib. Əyalətin qubernatorunun nümayəndəsinin sözlərinə görə, partlayıcı qurğu mağazalardan birinin yanında quraşdırılıb.

Partlayış nəticəsində 1 uşaq ölüb, 7 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.