"Taliban"çılar Əfqanıstanın şimalındakı Qunduz vilayətində yerləşən hərbi məntəqəyə hücum təşkil edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı 15 əsgər həyatını itirib, 13-ü yaralanıb.

Şahidlərin sözlərinə görə, hücumda ölən əsgərlərin sayı 30-u keçib.

"Taliban" isə hücumda 72 əsgərin öldüyünü iddia edib.