Azərbaycan Milli Məclisinin üzvü Astan Şahverdiyev vəfat edib.

Open.az APA-ya istinadən xəbər verir ki, A. Şahverdiyev bu gün səhər saatlarında Qusar rayonunda qəfil ürək tutmasından dünyasını dəyişib.

Onun meyiti Bakıya gətirilərək “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Şahverdiyev Astan Nuşrəvan oğlu 1947-ci ildə anadan olub.