Daşkəsən rayonunda süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

***

Daşkəsən rayonunda süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun axtarışları başa çatıb.

FHN-dən Open.az-a verilən məlumata görə, E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib