Çinin Siçuan sənaye bölgəsində partlayış baş verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 19 nəfər ölüb, 12 nəfər yaralanıb.

"Yibin Hengda" Texnologiya Şirkətində baş verən partlayışın səbəbi hələ müəyyən edilməyib.

Hadisə yerinə çox sayda yanğınsöndürən, tibbi yardım və polis maşınları sövq edilib.

Qeyd edək ki, Çində, 2015-ci ildə liman şəhəri Tanjin yaxınlığındakı bir kimyəvi maddə anbarında meydana gələn partlayışda 165 nəfər ölüb.