Cənubi Afrikanın Cape-Town şəhərində ibadət zamanı bir məscidə hücum təşkil olunub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bıçaqlı hücum zamanı 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bu barədə polis sözçüssü Andrea Traut açıqlama verib. Şübhəli başından vurularaq, zərərsizləşdirilib. Onun cəsədi ekspertiza edilmək üçün müvafiq quruma sövq edilib.

Hücumun səbəbləri araşdırılır.