Bu gün Azərbaycanda 2017/2018-ci dərs ili başa çatır və bütün ümumitəhsil məktəblərində “Son zəng” tədbiri baş tutacaq.

Open.az xəbər verir ki, tədbirlər yalnız məktəb daxilində olacaq və iki saat davam edəcək.

Qeyd edək ki, bu tədris ilinin sonunda XI sinfi bitirəcək şagirdlərin sayının 83 001 nəfər olacağı gözlənilir.