Xəbər verdiyimiz kimi, Bayıl yaşayış sahəsi, Buxta küçəsində torpaq sürüşməsi nəticəsində 2 fərdi yaşayış evi dağılıb. 2 ev isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Baş vermiş hadisə ilə əlaqədar Səbail RİH və digər aidiyyatı qurumlar hadisə yerində olublar və araşdırma aparıldığını bildiriblər.

Evi yararsız vəziyyətə qalan Xuraman xanım Open.az-ın hadisə yerində olan əməkdaşına bildirib ki, o evinin uçmasından işdə olarkən xəbər tutub: “İşdə idim, zəng edib dedilər ki, eviniz uçub. Gəlib gördüm ki, həqiqətən də ikimərtəbəli evimin iki mərtəbəsi də uçub. Birinci sürüşmədən sonra bizə evdən çıxmağı tapşırdılar. Özümüz bir gün orda, bir gün burda gecələmişik. Daimi yaşayası yerimiz yoxdur. Hələ ki, qohum evində yaşayırıq. Bu gün İcra başçısı və Fövqəladə Hallar Nazirliyindən gəlib baxıblar. Deyirlər araşdırma aparılır”.

“İndi həmin uçan evdən daş düşsə, gəlib evimin üstümə töküləcək - Bayıl yamacından Reportaj

Digər sakinlər bildirib ki, dünən uçan evlərə görə, onların evi üçün ciddi təhlükə yaranıb: “Uçan evlər bizim üstümüzdəki evlərdir. İndi həmin uçan evdən daş düşsə və ya aşsa, gəlib düz mənim evimin, ailəmin üstünə töküləcək. 3 dəfə hisə-hissə çökmə baş verdi. Qorxumuzdan bilmədik nə edək. Aləmi toz-torpaq götürüb. Bazar günü övladımın ali məktəbə qəbul imtahanıdır, amma hazırlaşa bilmir. Fikri qalıb evdə. Dünən bütün gecəni səksəkə ilə yatmışıq. Bir nəfər də gəlib maraqlanmayıb ki, sən gecəni harda qalmısan? Mətbəxin üstü beton idi deyə ora yığılıb, gecəni səhər etmişik. Getməyə yerimiz də yoxdur. 5 nəfərlik ailəyik. Qızlarım da böyükdür. Getdiyimiz yerdə də 1-2 gün qala bilərik. Bu qədər külfətlə kimin evində qalmaq olar?”.

“İndi həmin uçan evdən daş düşsə, gəlib evimin üstümə töküləcək - Bayıl yamacından Reportaj

Sakinlərin sözlərinə görə, ərazidə qaz, su və elektriyin kəsiləcəyi ilə bağlı xəbərdarlıq edilib: “Dedilər birazdan ərazidə nə qaz, su, işıq olacaq. Bu istidə susuz, qazsız nə edəcəyik? Biz istəyirik ki, aidiyyatı qurumlar bizə köməklik etsin, cavabdehlik daşısın”.

Şəfiqə Nazimqızı

Fotolar: Ehtiram Jabi