"Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar işıqforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır".

Open.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə işıqforların fəaliyyəti bərpa edilib: "Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə işıqforların işi bərpa edilib. Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür".