Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetməqüvvələri hadisə yerindədir.

Yanğın məhdudlaşdırılıb. Ətraf ərazilərə təhlükə yoxdur. Əlavə məlumat veriləcək.