Göyçay rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Open.az FHN-nin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri giriş qapısını açıb və orada aşkarlanan 1973-cü il təvəllüdlü Səlimov Atəş Qədəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.