Türkiyənin İğdır bölgəsində azərbaycanlı qadın qeyri-rəsmi nikahda olduğu əri tərəfindən qətlə yetirilib.

Open.az "Hürriyet"ə istinadən xəbər verir ki, İğdırın Şiracı kəndində 35 yaşlı Taner Parlarla Heyran Hüseynova arasında naməlum səbəbdən mübahisə yaşanıb.

T.Parlar tapança ilə arvadını öldürüb, daha sonra özünü də ürəyindən vuraraq intihar edib.

Onların meyitləri ekspertiza üçün morqa göndərilib. Hadisə ilə bağlı istintaq başladılıb.

Qeyd edək ki, cütlüyün iki övladı var.

Azərbaycanlı qadın Türkiyədə əri tərəfindən öldürülüb