Türkiyənin Çanaqqala şəhərinin Bayramiç rayonunda mövsümi işçi kimi işləyən azərbaycanlı Rauf Əhmədovun halı pisləşib.

Open.az xəbər verir ki, o, quduzluq diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi Balıkəsir Şəhər Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Raufu Çanaqqalaya getməmişdən öncə Azərbaycanda it dişləyib.

Halı pisləşən həmyerlimiz əvvəlcə Mehmet Akif Ersoy adına Çanaqqala Dövlət Xəstəxanasına, diaqnoz qoyulduqdan sonra isə təcili olaraq, Balıkesir Atatürk Şəhər Xəstəxanasına çatdırılıb və karantinə yerləşdirilib.

Qeyd edək ki, Rauf Əhmədov evli olub və iki uşağı var.