106.3 FM-in "Master Class" verilişinin aparıcısı Raqif Raufoğlu bu dəfə Azərbaycanın müxtəlif bölgələrindəki yanacaqların keyfiyyəti haqda araşdırma aparıb.

Open.az xəbər verir ki, müxtəlif bölgələrdə avtomobilə tökülən benzin verilən miqdardan xeyli az olub. Bundan əlavə, müştərilərə qəbz vermədən fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin verdiyi benzinin keyfiyyəti də ürəkaçan deyil.

Belə ki, məntəqələrdə satılan “Aİ 95” yanacağının oktan ədədi araşdırmadan sonra 89,90 çıxıb. Bu isə o deməkdir ki, bəzi məntəqələrdə daha keyfiyyətli olduğu düşünülən “Aİ 95 premium” markası ilə və “Aİ 92” markaları arasında heç bir fərq yoxdur.

Qeyd edək ki, hazırda “Aİ 95” -1,25 AZN, “Aİ 92” isə 0.90 AZN-dir.