Türkiyənin Antalya şəhərinin Kəmər bölgəsində istirahət edən rusiyalı turist qaldığı 5 ulduzlu oteldən oğurluq edib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, otelin işçiləri adı açıqlanamayan turistdən şübhələniblər.

Oteldən çıxan gün qadının çemodanı yoxlanılıb. Turistin çemodanından boşqab, dəsmal, tualet kağızı, sabun və bir dəfə istifadə edilən çay paketləri çıxıb. Sözügedən görüntülər sosial şəbəkədə paylaşılıb.

Hadisənin nə ilə nəticələndiyi isə məlum deyil.

Antalyada rus turist oteldən oğurluq etdi