Türkiyənin paytaxtı Ankara şəhərinin Elmadağ bölgəsində güclü partlayış baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, partlayış Maşın və Kimya Sənayesi Qurumu (MKEK) barıt fabrikində meydana gəlib.

Qəzada 4 nəfər yaralanıb.

Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım maşınları sövq edilib.