Xəbər verdiyimiz kimi, dünən Quba rayonunda dağlıq ərazidə itkin düşən “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadənin meyitləri tapılıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba şöbəsindən Open.az-a bildiriblər ki, alpinistlərin meyitləri artıq ekspertiza edilib:

“Meyitlər müayinə edildikdən sonra ailələrinə təhvil verilib”.

Şəfiqə Nazimqızı