Türkiyənin Antalya şəhərinin Alanya bölgəsində zəhərlənmə hadisəsi baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hotellərdən birində 72 nəfər mədə bulanması, başgicəllənməsi və qusma şikayəti ilə xəstəxanalıq olub.

Yedikləri yeməklərdən zəhərləndiklərini iddia edən turistlər təcili yardımlarla yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Hotelin müştərilərindən olan Hasan Ateş 7 gündür orada istirahət etdiklərini bildirib. O, hotelin ən böyük çətinliyinin gigiyena olduğunu iddia edib.

Hotel rəsmiləri hadisə ilə bağlı hələ ki, bir açıqlama verməyib.