Türkiyənin Batman əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sürücülər də daxil olmaqla 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Aralarında uşaqların da olduğu yaralılar xəstəxanaya aparılıb.

Qəza ilə bağlı istintaq başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.