Oğurluqda şübhəli bilinən Lənkəran şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Lənkəran Şəhər Raron Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qızıl satışı mağazalarının birindən 20.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini Vüsal Ağayev saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.