Beynəlxalq ictimaiyyət İranın Kəşmir şəhərində baş verən dəhşətli hadisədən danışır.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Kəşmirin Niazmand Meydanında adı açıqlanmayan şəxs ağaca bağlanaraq qamçılanıb.

Polislər tərəfindən üstündəki qolsuz köynək çıxarılan adama maskalı bir nəfər 80 dəfə qamçı vurub.

Yerli orqanlar və Beynəlxalq Amnistiya Təşkilatı gənc adamın 10 il əvvəl, hələ 14 yaşında iştirak etdiyi bir toy mərasimində spirtli içki içdiyi üçün bu cəzanın tətbiq edildiyini açıqlayıb.