Скандал не утихает!Коротко передаем вам ответ народного артиста Фаика Агаева Флоре Керимовой.

Напечатать Категория: Шоу бизнес, Эксклюзивы
18 декабря 2008 Автор: Cubbu Просмотров: 7644 Комментариев: 0
Скандал не утихает!Коротко передаем вам ответ народного артиста Фаика Агаева Флоре Керимовой.Скандал не утихает!Коротко передаем вам ответ народного артиста Фаика Агаева Флоре Керимовой.


Коротко передаем вам ответ народного артиста Фаика Агаева Флоре Керимовой.
“Поселение несколько дней в средствах массовой информации не утихает публикация бесстыдного вранья в мой адрес. Поэтому я решил послать ей это открытое письмо через прессу!

Я никогда не имел с тобой дело так как ты жалкая и беспомощная! Но у каждого терпения есть свой предел.
Всю свою жизнь ты Флора предавала ,разрушала чужие семья и причиняла неприятности окружающим тебя людям!

В народе, таких как ты называют “BƏDAYAQ”, “BAŞYEYƏN” или же как говорится на русском “ЧЕРНАЯ ВДОВА”. Наверняка ослабление твоей памяти связано с твоим возрастом. Ничего страшного, я освежу твою память.

О чем можно спорить с человеком ,от которого отвернулись все родственники и близкие. Они же подтвердят ,что твоя жестокость и безжалостность является основной причиной смерти твоей матери!

Ты настолько безвластна и нивчемна ,что дети которые годятся тебе во внуки могут обозвать тебя лесбиянкой. Может быть, ты посмеешь все это отрицать?

Меня абсолютно не волнует твое существование. У меня всего 1 желание - пусть милосердный Аллах простит твои грехи. Амин!”

Народный артист Азербайджанской Республики
Фаик Агаев.






Son günlər KİV-də F.Kərimovanın barəmdə ardı-arası kəsilməyən arsız yalanları dərc olunmaqdadır. Mətbuat vasitəsi ilə ona açıq məktub ünvanlamaq qərarına gəldim.



“Səninlə heç vaxt işim olmayıb, çünki yazıqsan, acizsən. Lakin hər bir səbrin tükənən məqamı olur.
Neçə illərdir mətbuat keçmişdə qalan nailiyyətlərin naminə son 16 ildə etdiklərinə göz yumub, humanistlik nümayiş edib heç bir irad bildirməyərək, sənə qarşı etirazla çıxış etmir. Baxmayaraq ki, buna mənəvi haqqı çatır.
Mərhəmətli Azərbaycan xalqı səhv və qüsurlarına baxmayaraq, səni hələ də ədalət məhkəməsi ilə üz-üzə qoymayıb. Ancaq Flora, deyəsən atalar misalını unutmusan: “Məscidin qapısı açıqdırsa, itin həyasına nə gəlib?”.
Əvvəl-axır kimsə sənin azğınlıqlarına son qoymalı idi. Görünür, Tanrı bu missiyanı mənim qismət payıma yazıb. Baş verən olaylar sənin son çirkin müharibən, son arsız çıxışın, son şərin, son nəfəsindir!
3-4 qondarma, əldəqayırma böhtan faktı əlində bayraq edib mənə qarşı hücuma keçmisən. Cəsarətin varsa, danılmaz həqiqətlər qarşısında cavab ver!
Bütün mənasız, tüfeyli həyatın boyu sən Flora, evyıxanlıq, satqınlıq və mərdimazarlıq etmisən.
- İbrahim bəy Topçubaşovun vəfatına bir neçə gün qalmış tez-tələsik saxta sənədlər düzəldib, onunla qeyri-qanuni nigaha girmisən ki, var-dövlətinə sahib olasan!
- Övladın Zümrüdün mərhum atası Faiq müəllimin hələ cəsədi soyumamış yenə də saxta sənədlərlə əmlakını mənimsədin. Hal-hazırda vicdan əzabı belə çəkmədən yaşadığın və əslində sənə halal olmayan həmin o mənzildən keçmiş həyat yoldaşının qohum-əqrəbasını həyasızcasına küçələrə qovdun. Bu azmış kimi mərd bir kişini gorbagor edib, əcdadlarının yanında yerləşən məzarından eksqumasiya etdirib xain ürəyinin istədiyi yerdə yad bir torpağa tapşırdın!
- Sonuncu həyat yoldaşın, gözəl insan Məmməd müəllimin əlaqələrindən geninə-boluna istifadə edib özünə şərait yaratdın. Əvəzində onun həyatını da puç etdin. Sap-saglam bir kişi birdən-birə, naməlum səbəblərdən dünyasını dəyişdi!
El arasında sənin kimilərinə “BƏDAYAQ”, “BAŞYEYƏN” deyirlər. Rusca bunun anlamı - “ЧЕРНАЯ ВДОВА”– dır.
Yaşın o həddə çatıb ki, yaddaşın zəifləyib. Eyb etməz, bəzi məqamları mən sənin yadına salaram.
- Əvvəllər yaxınlıq, indi isə satqınlıq etdiyin müxalifət rəhbərlərindən: “Hakimiyyətə gələndə mənə mədəniyyət naziri vəzifəsi, Tibb Universitetində təhsil alan qızıma isə özəl klinika verərsiniz” – deyib yalvaran sən deyildinmi?
- 1997-ci ildə məndən gizlin valideynlərimin evinə elçi düşən, anama: “Gəl övladlarımızı evləndirək!” təklifi ilə gələn qız anası sən deyildinmi?
- 1998-ci ildə qeyri-qanuni əldə etdiyin, yaşadığın evin alt qatında yerləşən zirzəmini kommersiya məqsədi ilə işlətməkdən öncə məndən təmir üçün böyük məbləğdə pul borc alan sən deyildinmi? O zamanlar səmimiyyətlə sənə “ANA” deyən mən axmaq heç ağlıma da gətirə bilməzdim ki, neçə il sonra baş verəcək böhtan və “KİDALOVKA”dan özümü sığortalamaq üçün sən hiyləğərdən yazılı iltizam almaliyam.
- Məhərrəmlik vaxtı işin keçən bir dövlət məmurunun ad günündə oxumaqdan imtina etdiyimə görə: “600 il bundan əvvəl (Allah bu sözünü təkrar etdiyimə görə mən Faiqi bağışlasın, əstəfurullah!) iki OQRAŞ bir-birini qırıb, mən də indi onların matəmini tutum?” kafir kəlməsini sən, Allahsız Flora üzümə söyləmədinmi?
- Dəfələrlə “Flora xanım sənətlə məşğul olun, əməllərinizdən əl çəkin, siyasətdən uzaqlaşın.” deməyimə: “Bu xalq QOYUNDUR, ona bir çoban lazımdır” söyləyən sən deyildinmi uğursuzcasına “Millət anası” olmağa çalışan mənəviyyatsız Flora?
- 1999-cu ildə Aygün Kazımovaya “kompromat” yığmaq üçün məndən diktofonlu telefon istəyən sən çoxbilmiş Flora deyildin?
- 2003-cü ildə Brilliant Dadaşovanın növbəti albomu üçün çəkdirdiyi yarıçılpaq şəkillərini oğurluq yolu ilə əldə edərək: “Oğul, sənin düşmənini mən məhv edəcəm!” deyən sən deyildin?
İndi ətrafında ittifaq yaradıb, özünə silahdaş tapmaq naminə hər ikisi üçün “mamlı-matan” olmaq istəyirsən?
Oyan əhlət yuxusundan, xəyallardan ayıl! Xalqın gözündən pərdə asmaq üçün artıq gücün də qalmayıb!
Yaxın qohumların belə səndən üz döndərib. Camaat arasında söyləyirlər ki, sən erməni tuluğundan çıxmısan, Zümrüd xanım sənin əsl anan deyil. Əqrəban deyir ki, qəddarlığın ananı son mənzilə yola salan əsas amil olub!
O qədər nüfuzsuz və bihörmət olmusan ki, nəvən yaşındakılar sənə çəkinmədən: “Fınış Floş”, “Lesbiyanka” deyirlər. Yoxsa bunu da inkar edəcəksən?
Müxalifət mitinqi zamanı ikiüzlülük və boşboğazlığından usanıb-bezən bir qeyrətli Azərbaycan oğlu gəlib ətəyini, yubkanı millət içində əynindən dartıb çıxartdı. Namuslu qadın bu biabırçılığa dözməyib, intihar edərdi! Amma sən hələ də namus-qeyrətdən dən vurursan.
Nə deyib yaşayırsan?
Amma bir həqiqət də var - öz sidiyini, sənin dilinlə desək “pis-pisini” qazanlarda qaynadıb üzünə, bədəninə sürtən, içən, klizma ilə orqanizminə daxil edən şüursuz birisindən bundan başqa nə gözləmək olar ki?
Mən - mərd oğlu mərdəm, məni özünə görə ölçmə! Allahın köməkliyi ilə hələ uzun illər seçdiyim sənətdə sözümü ötkəmliklə söyləyəcəyəm!
Bəs sən? İfa etdiyin iki mahnıdan sitat:
- “Bu qatarın dalınca baxma!”
Öz aramızdı mahnının müəllifi yaman uzaqgörən olub, bu sözlər elə bil məhz sənin bugünkü acınacaqlı günün üçün yazılıb. Kimsəsiz, hər kəs tərəfindən tərk edilən, səsi batmış, uğursuz plastik cərrahiyyə əməliyyatının qurbanı, siyasi mənsubiyyəti, əqidəsi bəlli olmayan bir zavallı...
- “Gec-tez, axır silinəcək izim-tozum
Bəlkə məndən nişan qaldı...”
Nə? Şər, böhtan???
Hər kəs bu hayatda lənət yox, rəhmət qazanmağa çalışmalıdır. Bu barədə düşünmüsənmi?
Bircə onu bilirəm ki, adın çəkiləndə mütləq müqəddəs Qurani-Kərimin bu surəsini oxumağım gərəkdir :
“Fələq” (sübh) surəsi.
Bismillahir-rəhmanir-rəhim!
De: “Pənah aparıram sübhün Rəbbinə
Yaratdıqlarını (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
Zülmətə böyüməkdə olan gecənin (və ya batan ayın, ziyası sönən ulduzların) şərindən;
(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud cadu edib iplərə düyün vuran) qadınların şərindən
Və bir də paxıllığı tutanda paxılın şərindən!”.
Sənin varlığın-yoxluğun məni qətiyyən narahat etmir. Yalnız bir istəyim var – qoy Rəhmli Allahım etdiyin pislikləri bağışlasın!
AMİN!”.

Azərbaycan Respublikasının Xalq Artisti
Faiq Ağayev


Recommend us

Рейтинг '+' (45)


Поблагодарили 46 человек(а):
  • img
  • img
  • open.az

Информация

Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии в данной новости.