Atalar sözləri

Напечатать Категория: Новости » Разные
18 апреля 2009 Автор: gence_gozeli Просмотров: 15926 Комментариев: 0
Atalar sözləri


1. Ağıllı olub başqalarının dərdini çəkməkdənsə, dəli ol –başqalarısənin dərdini çəksin.

2. El yandıran şamı söndürmek olmaz.

3. Yazana baxma, yazdığına bax.

4. Doğru yolda yıxılan, tez qalxar.

5. Bir olsun, fərli olsun.

6. Uşaq ilə yola çıxma, yükün düşərsə gülər.

7. Yara var bağlarlar, yara var dağlarlar.

8. Ölüm var ki, həyat qədər dəyərlidi, həyat var ki, ölümdən də betərdir.

9. Getdiyin yola fikir ver, bəlkə qayıtdın.

10. əvvəli meydan olanın, axırı zindan olar.

11. Pul qazanmaq asandır, saxlamaq çətin.

12. Varlı əjdaha kimi qazanır, yezid kimi xərcləyir.

13. Su bir yerdə qalanda iylənər.

14. Il var bir günə dəyər, gün var bir ilə.

15. çirkaba daş atma, üstüne sıçrayar.

16. Siçan görəndə pələngə dönen pişik, pələng görəndə siçana dönür.

17. Nə özü yeyir, nə özgəyə verir, iyləndirir, itə verir.

18. Hər atasının gözü çıxarılana koroğlu deməzlər.

19. Birinci addımda lovğalanan, ikinci addımda yıxılar.

20. əsil bilən, bilmədiyini biləndir.


21. Qüvvə hər şeyi sındırar, ağıl –qüvvəni.

22. Qul vurdu özünü öldürdü ki, ağama zərər olsun.

23. Davakarın şah olsa, ərizəni Allaha yaz.

24. Paxıla Tanrı verməz, versə də qarnı doymaz.

25. Qaziyə salam verdilər, rüşvət deyil deyə almadı.

26. Camal gedər, kamal qalar.

27. Od qalar köz olar, qız qalar söz olar.

28. QÜRBƏT-adı bəd!

29. Dolu tüfəng birisini qorxudar, boş tüfəng ikisini.

30. Od insanı həm qızdırar, həm də yandırar.

31. Qalan isə qar yağar.

32. Mal yığınca, ağıl yığ.

33. Küsmək barışmağa aparan yoldur.

34. Altını görmədiyin qabdan , su içmə.

35. Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir.

36. İşi düşəndə arar məni, işi düşməyəndə qovar məni.

37. Ac ol, kişi ol.

38. Tapılan tapanın olsa, naxırçı onda bəy olar.

39. Hər kəs ata bilər, amma vura bilməz.

40. Nə ölüyə hay verir, nə diriyə pay.




Recommend us

Рейтинг '+' (35)


Поблагодарили 36 человек(а):
  • img
  • img
  • open.az

Информация

Посетители, находящиеся в группе Гости, не могут оставлять комментарии в данной новости.