Elon Maskın SpaceX şirkəti bazar günü Argentinada inşa edilmiş peyki orbitə göndərməklə daha bir missiyasını tamamlayıb.

Open.az xəbər verir ki, şirkətin ilk missiyası hesab etdiyi Falcon 9 raketi Los Ancelesdən 200 kilometr məsafədə yerləşən Vandenberq Hava Qüvvələri bazasında heç bir problem olmadan eniş edib.

Bu, ilk dəfə idi ki, SpaceX ABŞ-ın qərb sahilindən bu missiyanı uğurla həyata keçirirdi.

Falcon 9 raketinin bundan əvvəlki enişlərinin hər biri NASA-nın Florida ştatındakı Kennedi Fəza Mərkəzində həyata keçirilmişdi.

SpaceX raketlərin okeana düşməsi əvəzinə xərclərə qənaət edərək, onların yenidən istifadə edilə bilməsinə çalışır. İndiyədək NASA raketləri okeana düşürürdü.

ABŞ-ın fəza agentliyi ilk dəfə fəza gəmisi proqramı dövründə raketlərin yenidən istifadəsini nəzərdən keçirməyə başlayıb.