Almaniyanın "Der Spiegel" jurnalı məşhur futbolçu Kristian Ronaldonun təcavüz etdiyi iddia edilən Ketrin Mayorqaya verdiyi 325 min avroluq qəbzin şəklini dərc edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalın dərc etdiyi qəbzə Ronaldonun vəkillərinin də etiraz etmədiyi və sənədlərin gerçəkliyindən şübhə edilmədiyi bildirib. Qəbz 325 min avro ödəniş edildikdən sonra imzalanıb.

Qəbzdə Ronaldonun Mayorqaya özününü HİV olmadığına dair zəmanət verdiyi bildirilib.

Qeyd edək ki, 34 yaşlı Ketrin Mayorqa adlı keçmiş model 2009-cu ildə Ronaldonun ona təcavüz etdiyini irəli sürüb. O, ulduz futbolçu ilə hadisəni gizli saxlamaq üçün razılığa gəlib və Ronaldodan 300 min dollar alıb.

Hadisə ilə bağlı istintaq başladılıb. Ötən gün daha bir amerikalı qadın da Ronaldonu təcavüzdə ittiham edib.

Gülnar Qafarlı

Ronaldonun təcavüz etdiyi qadına ödədiyi qəbz yayımlandı - FOTO