İlin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına namizədlərin adları açıqlanıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıda Serxio Aqüero (Argentina, "Mançester Siti"), Qaret Beyl (Uels, "Real"), Kərim Benzema (Fransa, "Real"), Alisson Bekker (Braziliya, "Liverpul") və Edinson Kavaninin (Uruqvay, PSJ), Roberto Firmino (Braziliya, "Liverpul"), Kristian Ronaldo (Portuqaliya, "Real", "Yuventus"), Kevin de Brüyne (Belçika, "Mançester Siti"), Dieqo Qodin (Uruqvay, "Atletiko"), Tibo Kurtua(Belçika, "Çelsi", "Real), Antuan Qrizmann ("Atletiko Madrid" İspaniya, Fransa), İsko Alarkon ("Real Madrid", İspaniya), Eden Azar ("Çelsi" İngiltərə, Belçika), Harri Keyn ("Tottenhem", İngiltərə) və NQolo Kante ("Çelsi" İngiltərə, Fransa) yer alıb.

Qeyd edək ki, dünyanın ən yaxşı futbolçusu mükafatı uğrunda 30 oyunçu mübarizə aparacaq. Məşhur futbolçu Messinin adı siyahıda yer almayıb. “Qızıl top”un sahibi dekabrın 3-də dünya idman nəşrlərinin nümayəndələrinin iştirak etdiyi səsvermə nəticəsində seçiləcək.

Yerdə qalan namizədlərin adları gün ərzində açıqlanacaq.

Gülnar Qafarlı